Dünyaca məşhur müğənni Rihannanın atası Ronald Fenti koronavirus (COVİD- 19) infeksiyasına yoluxub.
Medicina.az xəbər verir ki, müğənni atasının ev şəraitində müalicə almasını istəyib və yaşadığı mənzilə süni nəfəsalma cihazı göndərib.
Mövzu barədə sənətçinin 66 yaşlı atası danışıb: “Qızımın nəzarəti altındayam. Ölüm ayağında idim. Buradan deyirəm ki, qızım, səni çox sevirəm. Mənim üçün çox şey etdi, ona minnətdaram”.
Rihanna Barbadosdakı xəstəxanalara 700 min dollarlıq süni nəfəsalma cihazı bağışlayıb.