Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rezin əlcəklərdən istifadə koronavirusdan qoruyurmu?

  • 2020.03.23 13:22
  • 3272 Baxış
Rezin əlcəklərdən istifadə koronavirusdan qoruyurmu?
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə tədbirləri çərçivəsində rezin əlcəklərdən istifadənin bir o qədər də effektiv üsul sayılmadığını açıqlayıb.

ÜST gün ərzində əllərini yuyaraq təmiz saxlayan şəxslərin rezin əlcəkdən istifadə edənlərlə müqayisədə, daha çox mühafizə olunduğunu bildirib.


Belə ki, rezin əlcəklərin səthi koronavirus infeksiyasının törədicisi ilə çirklənə bilər. Bu zaman insan üzünə toxunarsa, koronavirus riski ilə qarşılaşa bilər.

Alimlər insanların hər 2-5 dəqiqədən bir üzünə toxunduğunu bildirir. Üzümüzə, xüsusən göz, burun və dodaqlara toxunma isə rahatlıqla koronavirusa yoluxmağımıza səbəb ola bilər. (oxu.az)