2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslərin klinik bazalarda rezidentura səviyyəsində hazırlığına 10 oktyabr 2018-ci il tarixindən başlanılır.
Səhiyyə Nazirliyindən Medicina.az-a verilən məlumata görə, rezidenturaya qəbul olmuş və qeydiyyatdan keçmiş şəxslər aşağıdakı sənədləri təqdim etməklə qəbul olduqları klinik bazalara müraciət etməlidirlər:
• Şəxsiyyət vəsiqəsinin əsli və surəti
• Ali baza tibb təhsili haqqında diplomun əsli və surəti
• Tərcümeyi-hal
• Sağlamlıq haqqında arayış
• Hərbi bilet (mövcud olduğu halda)
• Əmək kitabçası (mövcud olduğu halda)
• Dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda)
• Soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd
• Fotoşəkil 3 x 4 ölçüdə, 1 ədəd