Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rezidentlər üçün sınaq imtahanı keçiriləcək

  • 2019.03.04 12:17
  • 7220 Baxış
Rezidentlər üçün sınaq imtahanı keçiriləcək
 


Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçiriləcək.


DİM-dən Medicina.az-a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 5 mart saat 10.00-dan 15 mart saat 17.00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.


Sınaq imtahanı 16 mart 2019-cu il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq.


Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.


Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında "Şəxsi kabinet”lərini yaratmalıdırlar. "Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği "Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.