Hazırda ürək xəstəliklərinin cavanlaşmasını nəzərə alıb, çox zaman gizli və aşkar ağrısız başlayan ürək xəstəliklərinin 7 ağlagəlməz simptomlarını təqdim edirik.
Medicina.az xəbər verir ki, Pensilvaniya ştatının ürək və damar üzrə mütəxəssisləri bu siqnallara xüsusilə diqqət yetirməyi tövsiyyə edir.
1.Ağciyərlər təmizdir, öskürək kəsilmir
Boğaz və ağciyərlərə bağlı olmayan öskürək əgər dərmanlarla kəsmirsə, o deməkdir ki, ürək-qan damar sistemi yaxşı işləmir və ağciyərləri lazımi qədər qan və oksigenlə təmin etmir. Öskürək zamanı terapevtlə yanaşı, kardioloqa da getmək lazımdır.
2.Ayaqların şişməsi
Ürək qanı intensiv şəkildə dövt etdirmədikdə, qan venalarda çox qalır, durğunlaşır, ona görə ayaqlar şişir. Üstəlik ürək zəifləyəndə böyrəklər də yaxşı işləmir, bu da əl-ayaqda ödem yaradır.
3.İştahın azalması, ürəkbulanma
Ürək çatışmazlığı səbəbindən döş qəfəsinə artıq maye toplanması çox vaxt iştahsızlıq, qarında diskomfort, mədədə yanğı, gəyirmə, ürəkbulanma kimi simptomlar da verə bilər. Belə hallar çox vaxt qadınlarda müşahidə olunur və yanlış olaraq mədə-bağırsaqdan, yeməkdən şübhələnilir.
4.Dəridə səpkilər
Qəribə olsa da, ekzema kimi dəri xəstəlikləri olan xəstələrin 48%-də yüksək təzyiq, xolesterin problemi olur. Əgər kürəkdə, ayaqlarda, qollarda qaşınma varsa, dəri həkimi ilə yanaşı kardioloqa da baş çəkin.
5.Gecəyarı sidiyə getmək
Gecələr yuxudan 2-3 dəfə sidiyə görə oyanırsızsa, böyrəklərlə yanaşı ürəkdən də şübhələnin. Gecə insan uzananda, yatanda böyrəklərə qan axını güclənir.
6.Əsəbilik, həyəcan, qara fikirlər
Ürək xəstəlikləri ölümdən qorxu, panik ataka bənzər tutmalar, stres, əsəb dərəcəsini artırır. Qəfil halsızlıq, zəiflik, başgicələnmə, gözlərin önündə qaralma ürəyin funksiyalarının pozulduğunun göstəricisidir.
7.Saç tökülməsi, keçəlləşmə
Alimlər sübut edib ki, kişilərdə 33 yaşından 40 yaşına kimi erkən saç tökülməsi, dazlaşma və keçəlləşmə ürək zəifliyi və ya qarşıdan gələn ürək problemləri barədə xəbər verir.
Əgər sizdə bu simptomlardan 2-3-ü eyni anda varsa, o zaman kardioloqa getməyi təxirə salmayın.