Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ÜRƏYİN ÜSTÜNDƏN 3 kq ŞİŞ ÇIXARILDI - Azərbaycanda 10 saatlıq unikal əməliyyat-VİDEO

  • 2019.01.17 17:37
  • 58211 Baxış
ÜRƏYİN ÜSTÜNDƏN 3 kq ŞİŞ ÇIXARILDI -  Azərbaycanda 10 saatlıq unikal əməliyyat-VİDEO
Azərbaycanda cərrahlar dünən daha bir mükəmməl əməliyyata imza atıblar. 

Medicina.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi İdarəsində tibb elmləri üzrə fəlsəfə doktoru, torakal cərrah Cəmil Ələkbərov və ürək-damar cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Firuz Kazımov kişi pasiyent üzərində 10 saatlıq əməliyyat icra edərək, onu həyata qaytarıblar. Əməliyyat zamanı döş qəfəsində, ön divar aralığından başlayaraq ürəyi, aortanı, yuxarı boş venanı, sağ ağciyər payını kompressiya edən gigant şiş çıxarılıb. Əməliyyatda eyni vaxtda sağ tərəfli torakotomiya və orta sternotomiya kəsiklərdən istifadə olunmaqla 3 kiloqramlıq şiş radikal çıxarılıb.

Cərrah Cəmil Ələkbərov Medicina.az-a deyib ki, şişin çox böyük olması çətinlik yaradıb, əməliyyat müddətini uzadıb: "Şiş o qədər böyük idi ki, ətrafı o qədər çox tutmuşdu ki, haradan qaynaqlandığını belə tapmaq çətin idi. Amma çıxararkən daha çox ürəkdən başladığını gördük”. Onun sözlərinə görə, belə törəmələrin yaranma səbəbi məlum deyil:

"Ola bilər, xəstədə uzun illərdir olub, amma əhəmiyyət verməyib. Əgər əməliyyat olunmasaydı, pasiyent qısa müddətdə həyatını itirəcəkdi. Əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşıdır. Çıxarılan şiş patohistoloji müayinəyə göndərildi. Bu müayinənin cavabından sonra növbəti müalicə metodu seçiləcək”. 

Qeyd edək ki, 1958-ci il təvəllüdlü pasiyent boğulma, təngnəfəslik, sinədə, ürəkdə çox güclü ağrı şikayətləri ilə həkimə müraciət edəndə onun ürəyində törəmə olduğu müəyyən edilib.

Bir neçə həkim törəmə böyük olduğundan və çətin yerdə yerləşdiyindən əməliyyatın mümkün olmamasını bildirib. Əli hər yerdən üzülən xəstə artıq vəziyyətinin çox ağırlaşdığını görəndən sonra Türkiyəyə getmək istəyirmiş. Lakin göründüyü kimi, başqa ölkəyə getməyə ehtiyac qalmayıb. Ona elə Bakıdaca uğurlu əməliyyat ediblər. 

Əməliyyatdan Videonu təqdim edirik:

Aygün

Medicina.az