Türkiyənin İzmir şəhərində infarkt keçirən və ürəyi dayanan xəstəyə həkimlər bir saat ərzində ürək masajı edərək həyata qaytarıblar.
Medicina.az xəbər verir ki, evində anidən yerə yıxılan 47 yaşındakı Aydın Özkan təcili Sağlıq Elmləri universiteti Təpəcik Araşdırma xəstəxanasına aparılıb.
Edilən müdaxilədən dərhal sonra xəstə əməliyyata alınıb. Tıxanmış iki damarına baypas edilən xəstənin həyatını xilas etmək mümkün olub.
Ürək masajı edilərək əməliyyata aparılan xəstənin sağ qalmasını həkimlər də təəccüblə qarşılayıblar.
Aydın Özkan anidən nəfəs darlığı keçirdiyini deyərək başına gələnləri danışıb: "Ambulansda həkimlərin "xəstə ölür” dediyini eşitdim. Sonra heç nə xatırlamıram. Daha sonra gözümü açanda reanimasiyada idim. Ölümdən dönmüşəm. Bütün həkimlərə təşəkkür edirəm”.
Əməliyyatı gerçəkləşdirən ürək-damar cərrahı Mine Tavlı Yılmaz əməliyyat bitdikdən sonra xəstənin problemsiz oyandığını bildirib.
"Xəstənin ağciyərlərinin düzgün işləməməsinə görə yaranan oksigen problemi vardı. Sinə xəstəlikləri mütəxəssisləri ilə birlikdə müdaxilə edərək düzəltdik. 8-ci gün problemsiz şəkildə xəstəxandan çıxartdıq. Çox çətin və inanılması çətin əməliyyat idi. Sağ qalmaya bilərdi. Xəstənin gənc olması və yerində edilən müdaxilə nəticəsində həyatını xilas edə bildik”, - deyə həkim vurğulayıb.