Tayvandan olan bioloqlar dünyanın ən populyar beş ağrıkəsicisi ilə bağlı tədqiqat aparıb.
Medicina.az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatda ara-sıra təzyiqləri qalxan 56 min insan iştirak edib.
Ekspertlər "böyük beşliyə” daxil olan ağrıkəsicilərin (ibuprofen, diklofenak, naproksen, selekoksiba, mefamin turşusu) insan orqanizminə təsirlərini hərtərəfli şəkildə araşdırıb.
Məlum olub ki, ibuprofen hər 305 nəfərdən birində ürək çatışmazlığına yol açır. Selekoksibin qəbulu zamanı isə hər 105 nəfərdən birində anoloji fəsad izlənilib.
Statistika göstərir ki, diklofenakın qəbulu hər 245 nəfərdən birində insult və ya ürək çatışmazlığına səbəb olur. Naproksendə isə analoji təsirlər 1/214 nisbətində olub.
Ağrıkəsicilər arasında ürək üçün ən az ziyan mefamin turşusunda qeydə alınıb. Sözü gedən dərmanı qəbul edən 394 xəstədən yalnız birində insult və ya ürək çatışmazlığı müşahidə olunub.