Çində bədənindəki ağrılarını müalicə etmək üçün ənənəvi təbabətə müraciət edən qadının sonu pis olub.
Medicina.az moderator.az-a istinadən xəbər verir ki, revmatizm ağrılarından xilas olmaq üçün 3 dənə qurbağanı çiy halda yeyən qadının sinəsindən 13 santimetr uzunluğunda soxulcan çıxarılıb.
Qadının sinəsindən soxulcan çıxaran həkimlər mənzərə qarşısında şok yaşayıblar.
Qurbağaları udandan bir neçə ay sonra qadın mədə ağrısı ilə xəstəxanaya aparılıb və həkimlər ona parazit mənşəli bağırsaq tıxanıqlığı diaqnozu qoyublar.
Qadın əməliyyatdan sonra sürətlə yaxşılaşmağa başlasa da yeni bir infeksiya halı yaşayıb yaşamayacağı isə hələ də məlum deyil.