Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Revmatizm xəstələri üçün lazımlı vitaminlər

  • 2023.06.07 17:32
  • 1738 Baxış
Revmatizm xəstələri üçün lazımlı vitaminlər
Revmatizm ilk növbədə qocalıq, yaşlanma xəstəliyidir və formasından asılı olaraq, bir növ “aşınma əlaməti” kimi şərh edilə bilər. Ancaq son zamanlar gənclərdə də revmatik problemlər çoxalıb.



“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, artrit ilk növbədə oynaqların iltihabi xəstəliyidir. Buna görə də, müvafiq qida maddələri ilə iltihab əleyhinə mübarizə aparmaq olar.


“Əgər xəstəlik artıq yaranıbsa, orqanizm daim iltihabla mübarizə aparmalı olduğu üçün qida maddələrinə ehtiyac var.
Bu kontekstdə vitamin D çox vacibdir. Elmi araşdırmalar, bu vitaminin revmatizm xəstələrində ağrıları azaltdığını sübut edib.


Maqnezium da iltihab əleyhinə təsir göstərir. Bundan əlavə, qığırdaq toxumasının inkişafına kömək edir, onun sıxlığını artırır. Bunun səbəbi maqneziumun sümüklərdə kalsiumu saxlaması üçün lazım olmasıdır. Bu baxımdan, maqnezium revmatizmin ikincili xəstəliyinin də qarşısını alır: bu osteoporozdur.

Tanınmış antiinflamatuar agentlər, məsələn, kətan toxumu və çətənə yağlarında olan omeqa-3 yağ turşularıdır. Qoz, kətan toxumu, soya çox tövsiyyə olunur, çünki bir çox dəniz məhsulları kimi onlar da EPA və DHA (dokosaheksaenoik turşu) ilə xüsusilə zəngindirlər.

Digər antioksidantlar da iltihabı boğur. Onlar olmadan sərbəst radikallar bədənə zərər verə bilər.
Bir sıra tədqiqatlar kurkumin-sarıkökün rolunu araşdırıb.

Zərdaçalın sarı rənginə səbəb olan bu antioksidantın narahatlığı aradan qaldırdığı sübut edilmişdir. Zəncəfil, zirə və sarımsağın tərkibində də revmatizmdən əziyyət çəkənlərə kömək edə biləcək antioksidantlar var”.

Aynurə Məmmədova