Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Revmatizm dərmanları və antibiotiklər ağciyərləri ağır zədələyir – ŞOK

  • 2018.11.01 20:02
  • 11432 Baxış
 Revmatizm dərmanları və antibiotiklər ağciyərləri ağır zədələyir –  ŞOK
Bir sıra geniş yayılmış xəstəliklərin müalicəsində çox istifadə olunan və həkimlərin sevimli dərmanları ağciyərlərinizə toksiki təsir edib, onları zədələyir – bu fikir Clinical Medicine dərgisindəki elmi məqalədə yer alıb.


Medicina.az xəbər verir ki, yeni araşdırma ağciyərlərin dərman təsirindən interstisial xəstəliklərinin yaranmasına həsr olunub. Bu xəstəlikləri yaradan səbəblərdən ən birincisi bədxasəlli şişlər əleyhinə dərmanlar, revmatizm və revmatik ağrılar üçün təyin olunan preparatlar, amiadaron və antibiotiklərdir. 

Araşdırmanın müəllifləri bildirir ki, həkimlər bu kimi dərmanların hansı xəstədə fərqi olaraq tənəffüs sistemi orqanlarına necə təsir etməsini bilməli, izləməlidirlər. 


Dərmanların toksiki təsirindən ağciyərlərdə iltihab, fibroz, tənəffüs çətinləşməsi baş verir. Bu simptomlar hətta dərmanın qəbulundan bir neçə il sonra da özünü göstərə bilir. 


Məhz bu xəstəliklərin sayı dünyada ildə 4 milyon – 12 milyon xəstə arası dəyişir. Ölüm riski isə 50%-dən çoxdur. Belə ki, bu istiqamətdə aparılan araşdırmalarda iştirak edən pasiyentlərin 25%-i vəfat etmişdir. 


Ağciyərlərin interstisial xəstəlikləri sterod hormonlar vasitəsilə müalicə olunur. Lakin bu müalicənin də effektivliyi heç bir araşdırmada analiz olunmayıb.


" Ümumiyyətlə bu sahə kifayət qədər öyrənilməyib, lakin əminliklə deyə bilərik ki, dərmanların əks təsirindən yaranan ağciyər xəstəlikləri əvvəl deyiləndən qat-qat geniş yayılıb – deyə professor Con Uoterton bildirib – Ona görə biz daha effektiv vizualizə metodları hazırlamalıyıq ki, dərmanlardan yaranacaq hər hansı problem ciddi mərhələyə keçmədən onu aşkarlaya bilək”.


 Professor deyib ki, pasiyentlər müalicə üçün bu dərmanları qəbul etməlidir, heç bir məlumatı olmadan da davam edə bilər, amma müalicə edən həkim ciddi nəzarət aparıb, ağciyərlərə əks təsiri nəzərə alıb tədbir görməlidirlər. 

Dərman bazarına hər il atına yeni nəsil revmatizm dərmanları və antibiotiklər isə bu riski daha da artırır. Ağciyərləri yan təsirlərdən qorumaq üçün tədbirlər görülməlidir.