Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Revmatizm artıq gənclərin xəstəliyidir – Həkim

  • 2025.01.30 17:47
  • 398 Baxış
Revmatizm artıq gənclərin xəstəliyidir   –  Həkim

Bu gün gənclərə revmatizm daha çox diaqnoz qoyulur.


“Medicina” xəbər verir ki, əvvəllər yaşlıların xəstəliyi hesab edilən revmatizm indi gənclərdə daha çox erkən aşkarlanır.


Bu xəstəlik el arasında, ənənəvi olaraq oynaqlarla əlaqələndirilir, lakin ilk növbədə ürək-damar ağırlaşmaları – mitral qapaqların, klapanların zədələnməsi və ürək qüsurlarının inkişafı səbəbindən təhlükəlidir.

Skandinaviya Sağlamlıq Mərkəzinin kardioloqu İvan Efremkin xəstəliyin necə inkişaf etdiyini, kimlərin risk altında olduğunu deyib.

Revmatizm (və ya revmatik qızdırma) A qrupundan streptokok ilə yoluxmasından sonra inkişaf edir, bədənin birləşdirici toxumalarına təsir edən iltihablı bir prosesdir.


“Revmatik ocaqlar streptokok infeksiyasından 2-3 həftə sonra inkişaf edə bilər. Əsas simptomlara qızdırma, zəiflik, tərləmə və əzələ ağrıları daxildir. Böyük oynaqların (dizlər, dirsəklər və bud oynaqları) iltihabı ağrı və şişkinliklə müşayiət olunur.

Revmatik karditdə xəstələr ürək bölgəsində ağrı, taxikardiya və ürək ritminin pozulmasından şikayətlənə bilərlər. Ən təhlükəli nəticə ürək qüsurunun inkişafıdır.


Revmatizmi aşkar etmək üçün hərtərəfli müayinə, o cümlədən streptokoklara qarşı antikorların səviyyəsi üçün qan testi (ASO), elektrokardioqram (EKQ) və ürəyin ultrasəsi (Exo), eləcə də müxtəlif digər müayinələr aparılır.


“Müalicə immun sisteminin fəaliyyətini azaltmaq və fəsadların qarşısını almaq üçün penisilin antibiotiklərinin qəbulu və antiinflamatuar terapiyadan ibarətdir.


Gənclər arasında xəstələnmə hallarının artması diaqnozun gec qoyulması və özünü müalicə ilə əlaqələndirilir. Vaxtında müalicə olmadıqda, cərrahi müdaxilə tələb edən ciddi fəsadların yaranma ehtimalı artır”.


Aygün Musayeva