Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanda revmatik xəstəliklərin başlandığını göstərən - 10 ƏLAMƏT

  • 2022.03.31 16:25
  • 1986 Baxış
İnsanda revmatik xəstəliklərin başlandığını göstərən    -  10 ƏLAMƏT


Bir çox insanlar elə bilir ki, revmatik xəstəlik ancaq yağış yağanda ayaq ağrıması ilə özünü göstərir. Revmatik xəstəliklər müxtəlifdir və hər insanda müxtəlif əlamətlərlə başlayır.

Bakupost.az xəbər verir ki, revmatoloq həkim Natalya Stepanova artıq gənclər arasında da çox rast gəlinən revmatik xəstəliklərin əsas simptomlarını sadalayıb.

“Oynaqlarda – çiyin, diz, bud, biləklərdə travma olmadan ağrılar, sızıltı (havadan asılı olmayaraq), oynaq ətrafında iltihab əlamətləri – şişkinlik, qızartı, istilik, hərarətin ara-sıra qalxması, səbəbsiz qızdırma, səhərlər yerindən qalxanda oynaqlarda ağrı, beldə, kürəkdə, budda gəzərkən, yatarkən ağrılar, səhərlər halsızlıq, limfa düyünlərində şişkinlik, ağrı revmatik xəstəliklərin əlamətləridir. Bunun konkret hansı xəstəlik olduğunu həkim analizlərlə təyin edəcək. Ağrıkəsici içməklə qiymətli vaxtı itirməyin”.

Aygün Musayeva
BakuPost