Restorandakı içkidən içdi - ÖLDÜ

  • 2021.08.30 11:10
  • 1263 Baxış
Restorandakı içkidən içdi -   ÖLDÜ
Türkiyədə Vural Şenalp adlı şəxs restoranda sifariş etdiyi içkidəki arının boğazından sancması ilə həyatını itirib.

Medicina.az xəbər verir ki, 51 yaşlı, 1 uşaq atası Vural Şenalp dostları ilə birlikdə yemək yemək üçün restorana gediblər. O sifariş etdiyi sudan içərkən boğazında acılıq hiss edib. Fərqində olmadığı arının içki ilə birlikdə ağzına girdiyini bilərkən dərhal dənizə atlayıb. Lakin bir müddət sonra hərəkətsiz halda dənizdən çıxarılıb.

İKİ GÜN REANİMASİYADA QALDI

Yayılan xəbərlərə görə, dənizdən çıxarılan Şenalp 10 dəqiqəlik ürək masajı ilə özünə gəlib. Dərhal təcili tibbi yardımla xəstəxanaya aparılıb. Lakin iki gün reanimasiyada qalsa da onun həyatını xilas etmək mümkün olmayıb.