Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Restoranda yeməklərə dərman qatan aşpaz tutuldu

  • 2024.08.06 19:28
  • 1623 Baxış
Restoranda yeməklərə dərman qatan     aşpaz tutuldu

Müştərilərin yeməklərinə dərman əlavə edən 2 aşpaz saxlanılıb.


“Medicina” xəbər verir ki, Çinin Nantune restoranında çalışan aşpazlar vaxtı keçmiş və köhnə məhsullardan yemək hazırladıqları üçün müştərilərin zəhərlənməməsi üçün yeməklərə ishal dərmanı və xüsusi toz qatırdılar ki, yemək mədə-bağırsağa neqativ təsir etməsin.


İşin üstünü işə təzə gələn işçi açıb. O mətbəxdə dərman qoxusu hiss edib və aşpazların yeməklərə nəsə səpdiyini görüb.

Hər iki aşpaz həbs edilib və restoran cərimələnib.

Aşpazlara 2 il həbs verilib.

Onların etirafına görə, 1620 yeməyə belə dərman qatıblar.


Aygün Musayeva