Restoranlarda tez-tez yemək insanlar üçün təhlükəlidir.
Medicina.az xəbər verir ki, belə bir qənaətə ABŞ-ın Corc Vaşinqton universitetinin alimləri gəlib.
Tədqiqat qrupunun üzvü Ama Zotanın sözlərinə görə, evdə bişməyən qidanın tərkibində daha çox ftalatlar olur.
Ftalat tipli sintetik polimerlərdən müxtəlif qab-qacaqlar, oyuncaqlar, tibb avadanlıqlarının (qanın köçürülmə sistemi) hazırlanmasında plastifikator kimi, həmçinin lak, parfyumeriya, həşəratlara qarşı repellentlər istehsalında istifadə edilir.
Belə kimyəvi maddələr isə insan orqanizmində hormonların fəaliyyətində pozuntular yaradır və müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Araşdırma üçün sorğu keçirilib. Sorğuda 10 mindən çox insana son günlər ərzində harada, nə yedikləri sualı verilib. Respondentlərin 60 faizindən çoxu evdə yemədiklərini bildirib.
Daha sonra mütəxəssislər insanların qəbul etdiyi qidalarla, orqanizmdə olan ftalat miqdarını müqayisə edib. Nəticədə isə vdə qidalanan insanlarla müqayisədə tez-tez kafe və restoranlarda yemək yeyən insanların orqanizmində ftalat miqdarı 35 faiz çox olub.