Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Restoran-kafelərin sayı artdıqca, ürək xəstəlikləri və infarkt çoxalır – ARAŞDIRMA

  • 2019.08.19 17:25
  • 4493 Baxış
Restoran-kafelərin sayı artdıqca, ürək xəstəlikləri və infarkt çoxalır –  ARAŞDIRMA
Fast food kafelər və restoranların artması ürək xəstəlikləri və infarktın sayını ildən-ilə artırır.

Medicina.az xəbər verir ki, bunu kardioloqlar 2018-ci ilin analizlərinə əsasən bildirib.


Belə ki, təkcə Yeni Uels şəhərində hər yeni açılan kafe və tez qidalanma restoranı ildə 5 yeni infarkt hadisəsinə səbəb olur. 

Mütəxəssislər 2011-2013-cü illərdə ürək tutması ilə xəstəxanaya aparılan 3070 xəstəni müşahidə edib.


Onların yaşadıqları ərazidə sıx şəkildə fast-food məkanları, restoran, kafelər olduğu da qeydə alınıb. 

Alimlər şəhər rəhbərliyini fast food restoranlarının sayının azaldılmasına çağırıb.


Hər addım başı kafe, restoran istər-istəməz insanın yolunu ordan salır. Bu məkanlarda isə qida və yeməklər sağlam deyil. 

Restoranda tez-tez olmaq və orda qidalanma ürək tutmaları, infarkt və bu səbəbdən qəfil erkən ölümlərin sayını artırır.


Restoran qidalarında yağ, duz, doymuş yağlar, şəkər çox olduğundan ürək-damarları tez sıradan çıxarır.