Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Respublikanskiy" xəstəxanasında baş verənlərlə bağlı - AÇIQLAMA

  • 2020.05.18 17:57
  • 5015 Baxış
"Respublikanskiy" xəstəxanasında baş verənlərlə bağlı   - AÇIQLAMA


“Hazırda “Respublikanski” xəstəxanada xüsusi infeksion nəzarət rejimi həyata keçirilir”.

Medicina.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

O deyib ki, orada dezinfeksiya aparıla bilər, xəstəxananın fəaliyyəti müvəqqəti dayandırıla da bilər: “Bu normaldır, digər xəstəxanalarda da davam etdiriləcək. O xəstəxanada aparılan işlər də bu işlərin bir hissəsidir”.

Yaqut Qarayevanın sözlərinə görə, bənzər xəbərləri hər dəfə yayımlayaraq şişirtməyə ehtiyac yoxdur.