Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (“Respublikanski”) keysəriyyə əməliyyatından sonra komaya düşmüş ana vəfat edib.
Bakupost.az xəbər verir ki, 22 yaşlı Sara İsayeva dünən dəfn olunub.
Yaxınları bildirib ki, onun ölümüdə günhakar olan ginekoloq Günel Qəhrəmanovanın həbs olunması üçün aidiyyəti qurumlara müraciət olunub.
Məlumat üçün bildirək ki, Sara İsayeva oktyabrın 2-də keysəriyyə əməliyyatı edilib. Hamiləlik dövründə onun həkimi əməliyyatı həyata keçirən Günel Qəhərmanovanın anası Almaz Qəhrəmanova olub. Əməliyyat normal keçib, bir gün sonra vurulan iynədən komaya düşüb və həkimlərin təkidi ilə onu "Liv Bona Dea" xəstəxanasına köçürüblər.
Trombositopeniya, qaraciyər və böyrək çatışmazlığı diaqnozu qoyulan xəstəni xilas etmək mükün olmayıb.
MEDİCİNA.AZ