Artıq bütün əsas xəstəxanarında Türkiyədəki kimi Acil şöbələri yaradılıb. Qəbul şöbələri isə ləğv edilib.
Eləcə də Klinik Tibbi mərkəzdə (Semaşko) təcili gələn xəstə Acil şöbəsinə qəbul edilir. Bu, bütün dünyada qəbul edilmiş mexanizmdir.
Medicina.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov məlumat verib.
“Əvvəl necə idi, xəstə qarın boşluğunda bir ağrı ilə gəlirdi, qəbul şöbəsində onu yönləndirirdilər terapevtə. Xəstə elə bilirdi ki, böyrəyi ağrayır. Terapevt deyirdi ki, yox, böyrək deyil, appendisitdit. Xəstə qalxırdı cərrahın yanına. Cərrah deyirdi yox, appendisit deyil, yumrutalıq ola bilər, ginekolojidir.
Xəstə o ağrı ilə gedirdi ginekooq qapısına. Beləliklə, xəstə də vaxt itirirdi, diaqnoz da gec tapılırdı. Axırda peritonit olurdu. İndi elə deyil.
Xəstə acil olaraq gəlibsə, gətirilibsə, Acil şöbəsində yatızdırılır, cərrah, lazım gələrsə ginekoloq baxır, çeşidlənir, ondan sonra müvafiq stasionar şöbəyə keçirilir. Əgər təcili yardıma ehtiyacı yoxdursa, müalicə təyin edilir, ambulatora buraxılır. İndi qaydalar ciddidir, bu qaydaları pozanlarla da ciddi mübarizə aparılır”.