Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Respublika Klinik Xəstəxanasının direktoru - vətəndaşları qəbul etdi

  • 2024.04.01 17:56
  • 1054 Baxış
 Respublika Klinik Xəstəxanasının direktoru    - vətəndaşları qəbul etdi

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov qəbul qrafikinə uyğun olaraq xəstəxananın inzibati binasında növbəti dəfə vətəndaşlarla fərdi görüş keçirib.


"Medicina" xəbər verir ki, qəbulda Respublika Klinik Xəstəxanasının baş həkimi və Ümumi şöbənin müdiri də iştirak ediblər.

Qəbulda 5 vətəndaşın müraciətinə baxılıb.

Müayinə, müalicə, işlə təmin olunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.


Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədiləşöbə və bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

MEDİCİNA.AZ