Yasamal rayonunda yerləşən Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölüm faktı baş verib.
Medicina.az ölkə.az-a istinadla xəbər verir ki, yüksək şəkər diaqnozu ilə xəstəxanaya daxil olan 1969-cu il təvəllüdlü Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Şahin Şahməmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. Faktla əlaqədar Yasamal rayon Prokurorluğunda araşdırmalara başlanılıb.