Hər gün minlərlə insan öz xəstəliyi və yaşamaq uğrunda mübarizə aparır. Bu mübarizədə qalib çıxanlar da az deyil.
Dünyada hər il onkoloji xəstəliklər üzrə artan statistika yeni müalicə metodları, cərrahi əməliyyatlarının yaranmasını da sürətləndirib.
Onkoloji diaqnozu olan xəstənin müalicə və əməliyyat dövründə xüsusi diqqət, qayğı ilə əhatə olunması və həkiminə inamı vacibdir.
“Bakupost” xəbər verir ki, Respublika Diaqnostika Mərkəzinin Cərrahiyyə şöbəsində ən ağır, mürəkkəb diaqnozlarla uğurlu əməliyyat olub, evinə, ailəsinə dönən xəstələr çoxdur.
BTV həyata ikinci şans qazanan pasiyentlərdən üçünün hekayəsini təqdim edir.
Hər 3 xəstə RDM-nin cərrahiyyə şöbəsinin rəhbəri, uzman cərrah İlqar İsmayılov tərəfindən əməliyyat olunub.
Ətraflı BTV-də videoreportajı izləyin.