Müğənni Rəqsanə İsmayılovanın özü kimi müğənni qızı Yağmur 50 kiloqram arıqlayıb.
Medicina.az Baku.ws-ə istinadla bildirir ki, bu barədə Yağmurun bacısı Aysun İsmayılova "Xəzər axşamı" proqramında deyib.
O, bacısının heç bir əməliyyat etdirmədən sağlam formada artıq çəkilərindən xilas olduğunu bildirib.
Aysun qeyd edib ki, Yağmur arıqlamaq üçün ən çox sevdiyi "fastfood" yeməklərindən imtina edib.