Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rəqs edərkən, gülərkən belə yuxuya gedənlər - Ətrafdakıları qorxuya salır

  • 2017.10.21 12:42
  • 17732 Baxış
Rəqs edərkən, gülərkən belə yuxuya gedənlər -  Ətrafdakıları qorxuya salır
Narkolepsi - uyğun olmayan zamanlarda yuxuya getmə xəstəliyidir. 


Medicina.az xəbər verir ki, xroniki yuxu pozğunluğu da adlandırılan xəstəliyə yoluxan insan olduğu yerdə dərhal dərin yuxuya gedir. Bu hal gün ərzində 25-30 dəfə təkrarlanır.


Nadir rast gəlinən bu xəstəlik istənilən zamanlarda (yemək yeyərkən, maşın sürərkən, rəqs edərkən və s.) başlaya bilər.


Xəstəliyə tutulan insan nə qədər yatsa belə yorğunluq hissi onu tərk etməz. Bu isə insanlarda diskomfort hissi yaradır.


Xəstəliyin bir neçə mərhələsi var. İlkin ərəfədə çox yorğun olan hər insanın başına gələ bilən yuxuya getmə prosesidir ki, bir neçə gündən sonra katalepsi adlandırılan insan vücudunun boşalması halı yaranır. Belə xəstələr həmin an əllərindəkini anidən buraxar və ağır yuxuya gedərlər. Bu, özünü insanın anidən göstərdiyi reaksiya ilə də biruzə verə bilər. Məsəslən anidən insan qorxa və ya gülərək yata bilər.


Narkolepsinin digər növü də xalq arasında qarabasma adlandırılan yuxu infarktıdır. Xəstələr yuxuya getməzdən öncə və ya oyandıqdan dərhal sonra infarkt keçirirmiş kimi hərəkətsiz qalırlar. Bu hal bir neçə dəqiqə davam etsə də yorucu və qorxuducu olur. Belə xəstələrə yuxunun təhlükə yaradacağı işlər görməyə icazə verilmir (sürücülük, pilot və s. kimi).

 

Rəqs edərkən, gülərkən belə yuxuya gedənlər -  Ətrafdakıları qorxuya salır