Viktoriya Çabanenko Ukraynanın paytaxtı Kiyevdə həkim olaraq çalışır. O, Zaparojye Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsini fərqlənmə diplomu ilə bitirib, lakin o digər həmkarlarından fərqlənir
Belə ki, o, tibbi cihazlardan istifadə etmədən insanların daxili orqanlarındakı problemləri dəqiqliklə müəyyən edib, müalicəsini həyata keçirir.
Ona olan xüsusi marağın əsas səbəblərindən biri də odur ki, o, hətta tibbi müayinə aparatlarında görünməyən problemləri aşkar edərək müəyyənləşdirə bilir. Bu bacarığına görə Viktoriya Çabanenko dünyanın 100 unikal insanı siyahısına daxil edilib.
Hazırda əsasən Ukrayna və Dubayda fəaliyyət göstərən Çabanenko Azərbaycandan gələn xeyli insanların dərdinə də bu üsulla əlac tapıb. Viktoriya onu da qeyd edib ki, onun işi falçı və ekstrasenslərin fəaliyyəti ilə qarışdırıla bilməz, o ali savadlı həkimdir.
Həkim Çabanenko bildirib ki, o xəstəni canlı görməlidir və izləməlidir. Amma o xəstəni qan analizlərinə göndərir, çünki analizlərdəki dəyişiklikləri görmür. Amma xəstəni öz gözləri və bacarığı ilə müayinə edərək orqan, sümük və toxumalardakı pozulmaları ilkin diaqnoz olaraq görür.
Medicina.az həmin həkim barədə Baku.tv-nin videomaterialını təqdim edir.
Sisi neçə harda tapmaq olar
Xoruz yox idi , sabah açılmırdı? Mrt aparatı boş şeydir . Əsl həkimlər xəstəninxarici əlamətlərindən onun xəstəliyini düzgün təyin edirdi O vaxt həkimlər lokal xəsyəliyi yox , bütün orqanizmi sağlam halagətirəcək bir müalicə təyin edirdi .İndiki zamanda açığı mən həkimə getməkdən qorxuram .çoxıu xəstəliklər tapırlar adamda, hər xəstəliyin dərmanı da ayrı ayrı . Hamısı da biri birinə zidd olan dərmanlar .Belə olan halda həkimə getmək məncə çox da ümidverici olmur .