Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rəmişin səhhəti yaxşılaşıb - FOTOLAR

  • 2021.03.03 10:03
  • 1313 Baxış
Rəmişin səhhəti yaxşılaşıb -  FOTOLAR

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yaxşılaşıb.

Medicina.az xəbər verir ki, bu barədə gitara ifaçısının xanımı Güllü Hüseynova AzTV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, Rəmiş xəstəxanaya gec yerləşdirilsə idi, onu itirə bilərdik: “Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Ayağa dursun, öz ayaqları üstündə evə getsin”.

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.