Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi davam edir.
Medicina.az xəbər verir ki, bu barədə Kult.az-a açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova deyib.
“Palataya nə zaman köçürüləcəyini bilmirəm. Həkimlər hələ bir söz demir. Reanimasiyada olduğuna görə məni içəri buraxmırlar. Səhərlər yalnız qapıdan baxıb gedirəm”, - o bildirib.
Qeyd edək ki, xalq artistinin müalicəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir.