Xalq artisti Rafiq Hüsüynov (Rəmiş) COVID-19 virusundan vəfat edib.
Medicina.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov bildirib.
İcraçı direktor qeyd edib ki, Rafiq Hüseynov (Rəmiş) ilk günlər xəstəxanaya gələrkən koronavirus infeksiyasına yoluxmamışdı:
"O, qaraciyər serrozundan və ağ ciyər xəstəliklərindən əziyyət çəkirdi. Novruz bayramı ərəfəsində həyat yoldaşı Gülü xanım yanına gəlib-getdi və bundan sonra o səhhətindəki şikayətlər çoxaldı. Müalicə gedişatında Rafiq Hüseynovun COVID-19 xəstəsi olduğu məlum oldu. Koronavirusa yoluxması onun yanaşı xəstəliklərini daha da şiddətləndirdi”.
Asiman Həsənov bildirir ki, Xalq artisitinin həyat yoldaşı Gülü Hüseynova hazırda COVID -19 xəstəsidir.