Amerikalı yarış avtomobili sürücüsü və aparıcı Cessi Kombz şəxsi sürət rekordunu yeniləmək istəyərkən dünyasını dəyişib. Medicina.az-ın məlumatına görə, bu barədə "Washington Post” qəzeti yazıb.
Kombzun idarə etdiyi reaktiv mühərrikli avtomobil Oreqon ştatının Alvorda səhrasında qəzaya uğrayıb. Qadın aldığı yaralar nəticəsində həyatını itirib. İnsidentin digər detalları dəqiqləşdirilir.
Xatırladaq ki, 2013-cü ildə Kombz dördtəkərli avtomobili 732 km/saat sürətlə hərəkətə gətirərək qadın rekorduna imza atmışdı. 2016-cı ildə o, bu rekordu 768 km/saat sürətlə yeniləmişdi.