Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rekord yoluxma və peyvənd qıtlığı... - Göy öskürəklə bağlı həyəcan təbili çalınır

  • 2024.04.16 10:00
  • 704 Baxış
Rekord yoluxma və peyvənd qıtlığı... -  Göy öskürəklə bağlı həyəcan təbili çalınır
Çexiyada göy öskürək xəstəliyinə rekord sayda yoluxma halı qeydə alınıb.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə 1 494 nəfərə göy öskürək diaqnozu qoyulub. Bu, 2023-cü ildəki bütün yoluxma hallarının sayından iki dəfə çoxdur.

Bu ilin əvvəlindən bəri Çexiyada 8 minə yaxın göy öskürəyə yoluxma faktı təsdiqlənib.

Çexiya Səhiyyə İnstitutunun saytında dərc olunan statistikaya görə, ölkə son 65 ildəki ən dəhşətli göy öskürək epidemiyası ilə üz-üzədir. Belə ki, sonuncu dəfə ölkədə xəstəliklə bağlı bu cür vəziyyət 1959-cu ildə müşahidə olunub. Həmin vaxt il ərzində 18 978 nəfər göy öskürəyə yoluxub.

Qeyd edək ki, hazırda göy öskürəyə qarşı ən yaxşı vasitə peyvənd hesab olunur. Çexiyada cəmi 4000 ədəd peyvənd olduğu və onlar da ilk növbədə uşaqlar və hamilə qadınlar üçün nəzərdə tutulduğu üçün vəziyyət kritikdir. Həftə ərzində Kanada və Fransadan Çexiyaya 90 000 göy öskürək peyvəndinin gətirilməsi planlaşdırılır.


Aysel