Mitral qapaq çatışmazlığı uşaq və yeniyetmələrdə, gənclərdə çox diaqnoz olunan ürək qüsurudur.
Ürəyin ikitaylı qapaqlarının iltihabi proseslər- revmatizm, qırmızı qurd eşənəyi, skledomermiya, atterit kimi xəstəliklərlə zədələnməsi nəticəsində meydana çıxır.
Mitral çatışmazlıq qapaq həlqəsinin, qapaq qanadcıqlarının, qapaq vətər tellərinin və məməyəbənzər əzələnin hər hansı patoloji dəyişikliyinin görülməsidir.
Bu xəstəlik anadangəlmə və sonradan qazanılmış olur. Kiçik yaşlı uşaqlarda da rast gəlindiyi üçün uşaqlar mütəmadi kardioloq və EXO müayinəsindən keçməlidir.
Əgər uşaq və yeniyetmələr tez-tez ağır infeksion iltihabi xəstəliklər keçiribsə, döş qəfəsində əməliyyat olubsa, revmatoid artrit və revmatizmi varsa, ilk növbədə ürək nəzarətdə saxlanmalı və mitral qapaq çatışmazlığına yol verilməməlidir.
Mirtal qapaq çatışmazlığının səbəbləri nə görə bu növlərə bölünür:
-Revmatik mitral – revmatizm nəticəsində qapaq qanadcıqları yeyilərək qısalır
-İşemik mitral – ürək əzələlərinin qan təchizatının pozulması nəticəsində
-Nisbi mitral çatışmazlıq – sol mədəciyin böyüməsi, qapaq həlqəsinin genişlənməsi nəticəsində
-İnfeksion və qeyri-infeksion endokardit nəticəsində
Əlamətləri bunlardır:
-Təngnəfəslik
-Tez yorulma
-Ürəkdə çırpıntının çoxalması
-Süstlük, halsızlıq
-Ayaqlarda şişkinlik
Müalicəsi başlanğıcda və inkişaf dərəcəsindən asılı olaraq müasir dərman müalicəsi ilə aparılır. Ağır hallarda ürəkdə cərrahi əməliyyatla qapaq dəyişilir.
Mənə ürək qüsürna oxşar diaqnız kimi bir şeylər yazıblar başımda çıxmır açığlama versəniz gözəl olardı mən kimə müraciyət edim bilmirəm mənə Tç:izi var.der Mç:min.dər Aç;izi var.Pç:izi var bu nə deməkdi
Böyüklərdə bu xəstəliyin müayinəsi necə aparılır?
Salam qizimda mitral qapaqlarda 3 u qisadir ge kimi tehlukesi var
Mulayim fibrotik diagnozu qoyulub,klapanda zede var ve nese qalinlasma var dediler usagin 4 yawi var anadan gelmedi,xahis edirem deyerdiniz cox mu tehlukelidi oskurur yorulur cox yerise qacsa tenginefes olur,imunni sistemi qaldiran ve qan beden qidalandirici siroplar ve vitamin d yazdilar onlar komek edermi
Urek mitral qapag catismamazligi emeliyyatdan sonra hamile qala bilerem
Məndə mitral qapaq qalınlaşması deyilib bu nə dərəcədə qorxuludu
Salam,oğlumun 14 yaşı var,yüngül dərəcəli mitral qapaq prolapsı diaqnozu qoyulub,həkim dərman tətbiq etməyib amma.Bu hal normaldır?