Son zamanlar əksər həkimlər, dietoloqlar çörək yeməyin orqanizmə olduqca zərərli olduğunu bildirirlər. Buna görə də bir çoxumuz çörək yeməkdən imtina etmişik. Amma türkiyəli məşhur professor Ender Saraçoğlu bu deyilənlərin əksini iddia edir.
Medicina.az ailem.az-a istinadən professorun çörəyin faydaları barədə fikirlərini sizə çatdırır.
Özünün də çörək yediyini və çörəksiz dura bilmədiyini söyləyən Saraçoğlu deyir ki, bu qidadan imtina etmək doğru deyil. Çünki çörək deyilənlərin əksinə olaraq, olduqca faydalıdır:
"Son illər bir çox mütəxəssislər "çörək yeməyin” deyirlər, bu fikri haradan uydururlar bilmirəm. Çörəyi xüsusilə xərçəngə, diabetə qarşı istifadə etmək lazımdır. Amma çörək təmiz buğda çörəyi olmalıdır. Çörək yüksək təzyiqin qarşısını alır, metabolizma xəstəliklərində qoruyucu və önləyici xüsusiyyətə malikdir. Təmiz buğdadan hazırlanan çörək qidalandırıcı, vitaminli və doyurucudur”.
E. Saraçoğlu qeyd edir ki, qarğıdalı unundan hazırlanan çörək də faydalıdır: "Qarğıdalı unundan hazırlanan çörək dəri xəstəliklərinin qarşısını alır. Bu çörəkdən istifadə edənlərin üzünə baxdıqda onlarda demək olar ki, heç bir sızanağa rast gəlmirsən. Dərisinin gözəl olmasını istəyənlər qarğıdalı çörəyi yeməlidirlər. Qarğıdalı unu eqzema və sədəfə qarşı da önləyici xüsusiyyətə malikdir”.