Ürək və damarların sağlamlığı bir çox amillərdən asılıdır. Mütəxəssislər ürək sisteminə mənfi təsir göstərən zərərli qidaların siyahısı açıqlayıb.
- Duzlu yeməklər: Həkimlər gündəlik 1 çay qaşığından artıq duzu tövsiyə etmirlər. Bu, həmçinin ürək sisteminə də zərər vurur.
- Qızartma qidalar: Yağda qızardılan yeməklərin tərkibində zərərli maddələr mövcuddur. Bunlar damarları tıxaya bilər.
- Kolbasa, sosis - Tərkibi məlum olmayan hazır qidalar çox təhlükəlidir. Artrit, baş ağrısı, damar, ürək xəstəlikləri kimi bir çox problemlərə yol aça bilər.
- Yağlar - İstifadə etdiyiniz yağların original olduğuna əmin olun. Zeytun yağı ən faydalı duru yağ hesab edilir. Odur ki, trans yağlardan uzaq durmağınız məsləhətdir.