Tərxun (estraqon) bir çox faydalı xüsusiyyətlərlə zəngindir.
Medicina.az saglamolun.az-a istinadən bildirir ki, t
ərxun C və P vitaminlərlə zəngindir. C vitamini tərxunda az qala sitrus meyvələrində olduğu qədərdir.
Digər faydalı xüsusiyyətlərlə yanaşı C vitamini damarların sağlamlığı üçün ən vacib olan vitamindir. C vitamini damarları möhkəmləndirir, onların elastikliyini artırır. Bu isə ürək-damar sisteminin sağlamlığı üçün ən vacib amillərdən biridir.
P vitamini (rutin) isə kapilyarların divarlarını möhkəmləndirir, damarların keçiciliyini zaldır, damarlarda sklerotik dəyişikliklərin qarşısını alır, damarları genişləndirir, təzyiqi normallaşdırır, qan dövranını yaxşılaşdırır, varikoz xəstəliyinin inkişafının qarşısını alır.
P vitamini C vitamininin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır.
Beləliklə, bu 2 vacib vitaminə görə tərxunu ürək-damar sistemi üçün ən faydalı məhsullardan biri hesab etmək olar.