Kembric Universiteti (Böyük Britaniya) alimləri araşdırma nəticəsində ürək üçün ən faydalı yağı təyin ediblər.
Medicina.az saglamolun.az-a istinadən xəbər verir ki, alimlərin fikrinə görə, 4 həftə ərzində kokos yağını istehlak edən insanda ürək xəstəlikləri və insultun riski azalır.
Araşdırmada yaşı 50-dən 75 qədər olan 94 insan iştirak edib. İştirakçıları 3 qrupa bölüblər. Qruplardan birinə hər gün 3 x.q. zeytun, digər qrupa kokos, üçüncü qrupa isə kərə yağını istehlak etməyi tövsiyə ediblər.
4 həftədən sonra zeytun yağını istehlak edən qrupda "pis" xolesterolun səviyyəsi bir qədər azalıb, "yaxşı" xolesterolun səviyyəsi isə 5% artıb.
Kokos yağı istehlak edən iştirakçılarda yaxşı xolesterolun səviyyəsi 15% artıb ki, bu da ürək-damar xəstəliklərinin, infarkt və insultun riskinin xeyli azalması deməkdir.
Kərə yağının istehlakı isə müsbət nəticələr göstərməyib.