"Regionlarda ana ölümü ilə bağlı göstəricilər, regionlar arasında tibbi xidmətin keyfiyyətində olan ciddi fərqlər və bəzi xəstəliklər üzrə artım tempi ilə bağlı görüləcək işlər var”.
Medicina.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə bildirib.
“Regionlarda qan dövranı, endokrin və tənəffüs orqanları sisteminin xəstəlikləri artır və bu, xəstələnmə hallarının 30%-ni əhatə edir. Çünki bu elə bir xəstəliklərdir ki, ilkin səhiyyə xidmətində kordinasiyalı şəkildə idarə oluna və ya erkən aşkarlanma vasitəsilə azaldıla bilər”, - deyə İ.Əliyev qeyd edib.