Birdəfəyə neçə ml spirtli içki insanı öldürə, sözün əsl mənasında ürəyini dayandıra bilər?
Bakupost.az xəbər verir ki, reanimatoloq həkim Gennadiy Mışkov insan orqanizminin alkoqol, su və qəhvəyə dözümlü olan malsimal dozasını açıqlayıb.
Həkimin sözlərinə görə, insan gündə orta miqdarda 1,5 litr su içməlidir.
Ürək-damar, böyrək xəstəlikləri, limfa və qan problemi olanlara gündə 1 litrdən artıq su içmək məsləhət deyil.
İnsan orqanizmin həll edə bilməyəcəyi dozada maye qəbul edə bilməz.
Əks təqdirdə qusma refleksi işə düşür.
Ona görə su içəndə ürəyi bulananlar bilməlidir ki, deməli orqanizmə bu miqdar çoxdur.
Alkoqolun ölümcül dozası birdəfəyə 3 butuldur. 3 butulfa 500 ml təmiz spirt olur. Bu isə insanı öldürəcək dozadır. Sağlamlıq üçün zərərsiz doza birdəfəyə 100 ml-dir. Bu doza həftədə 3 dəfədən artıq qəbul edilməməlidir.
O ki qaldı qəhvəyə, insan sutkada 2-3 fincandan artıq tünd olmayan qəhvə içə bilər. Əgər ürək-damar sistemində problem varsa, 1 fincandan artıq olmaz. Qəhvənin dozasının çox olduğunu göstərən əlamətlər: təzyiqin qalxması, baş ağrısı, sinir oyanıqlığı, ürəkbulanma, qusma və s.
Bir sözlə, artıq içiləndə su belə insanı öldürə bilər.
Aygün Musayeva
BakuPost