Türkiyəli mütəxəssis Hakan Oğuztürk yoluxma statistikasının artacağını bildirib.
Medicina.az xəbər verir ki, onun sözlərinə görə, hazırda reanimasiyada doluluq səviyyəsi 66 faizdir: “Bu biraz da artaraq 80 faizi keçərsə daha ciddi bir təhlükə yaranacaq. Bu halda ölkədə tam qapanma yox, karantin daha da sərtləşdirilə bilər. Yalnız vaksinasiya bu faizlərə təsir edə bilər. ümumiyyətlə, xəstəxanalarda xəstələrin sayı artır. Reanimasiyalardakı xəstələrin artması sadəcə koronaya bağlı səbəblərdən deyil. Onlar arasında digər xəstələr də var".