Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Reanimasiyalarda yer yoxdur, insanlar ölür - ÜST

  • 2021.04.13 09:11
  • 1996 Baxış
Reanimasiyalarda yer yoxdur, insanlar ölür -  ÜST
Pandemiya bitməkdən çox uzaqdır, ancaq aylar ərzində görülən tədbirlərlə vəziyyəti nəzarət altına almaq olar.

Medicina.az xəbər verir ki, bu sözləri ÜST rəhbəri Tedros Adhanom Qebreyesus deyib.


"Toplumların və iqtisadiyyatların açıldığını, səyahət və ticarətin davam etdiyini görmək istəyirik. Ancaq hazırda bir çox ölkədə reanimasiya şöbələrində yer yoxdur, insanlar ölür. Nikbin olmağımız üçün bir çox səbəbimiz var. İlin ilk 2 ayında yoluxma və ölüm hallarında azalma bu virusun və onun növlərinin dayandırıla biləcəyini göstərir", - Qebreyesus bildirib.