“Bu il yanvarın 18-dən başlayaraq ölkəmizdə vaksinasiya prosesi uğurla aparılır. Tibb işçiləri arasında məqsəd qruplarının 90 faizi artıq vaksinasiya olunub. Təhsil sistemində çalışanlar da buna yaxınlaşırlar”.
Medicina.az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, reanimasiyadakı xəstələrin sayı da aşağı düşüb: “Ölkələr arasında vaksinlərin bölgüsü qeyri-ədalətli bölünüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizə vaksinlər gətirilib”.