Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Reanimasiyadakı koronavirus xəstələrinin sayı açıqlandı

  • 2020.07.07 23:09
  • 14639 Baxış
Reanimasiyadakı koronavirus xəstələrinin sayı açıqlandı

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 7 102 nəfər test edilib.

TƏBİB-dən Medicina.az-a verilən məlumata görə, indiyədək ölkədə 529 875 nəfər koronavirusa qarşı test edilib.

Ölkədə 537 yeni yoluxma, 7 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 21 374 nəfər virusa yoluxub, 265 nəfər ölüb, 12 635 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 8 474 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 334 nəfər müalicə alır, 60 nəfər isə süni tənəffüs cihazına qoşulub.