Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Reanimasiya şöbələrində yer qalmayıb - Bakıdakı koronavirus xəstəxanasından reportaj - VİDEO

  • 2020.06.01 17:45
  • 4559 Baxış
Reanimasiya şöbələrində yer qalmayıb  -  Bakıdakı koronavirus xəstəxanasından reportaj - VİDEO



Azərbaycanda son günlər karantin qaydalarının yumşalması xəstələrin sayının artması, hər gün 200 həddini keçməsi artıq ağır xəstələrin sayının da dəfələrlə artmasına səbəb olub. Onların əksəriyyəti də reanimasiyada, bir çoxu süni tənəffüs aparatına bağlı olaraq yaşamını davam etdirir.

Medicina.az xəbər verir ki, Real TV bir neçə xəstəxananın reanimasiya şöbəsində olaraq orada baş verənlər haqda reportaj hazırlayıb.

Videokadrlardan görünür ki, paytaxt xəstəxanalarında reanimasiya şöbələri artıq dolmaq üzrədir. Ağır vəziyyətdə olan xəstələr müalicə ilə yanaşı, qidanı da həkimlər vasitəsilə qəbul edə bilirlər. Çünki vəziyyətin ağırlaşması artıq onları sərbəst hərəkət etməkdən məhrum edib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev deyib ki, bu günədək hər yaş qrupunda, 27 yaşdan 94 yaşadək xəstələrinin olduğunu bildirib

: “Bizim şöbəmizdə ən ağır, süni tənəffüs aparatına ehtiyacı olan xəstələr müalicə olunur. Bütün proseduru TƏBİB-in protokolu əsasında aparılır. Bəzi insanların xəstəliyin olmasına inanmaması nəticəsində artıq xəstəxanada yataqlar dolmaq üzrədir”.

Tibb bacısı bildirib ki, virusun olduğuna inanmayanlara görə ailələrindən, evlərindən uzaq düşüblər:

“Bütün insanlara demək istəyirəm ki, buna inanıb qaydalara əməl etsinlər ki, hamı evinə dönsün”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimotoloqu Kəmalə Namazova qeyd edib ki, son bir həftə ərzində xəstə sayı artıb: “Əksəriyyəti də ağır vəziyyətdədirlər. Burada müalicə olunmuş 45 xəstədən 30-a yaxını süni tənəffüs aparatına qoşulub və onlar sağalaraq evə buraxılıb. Hazırda 16 xəstənin vəziyyəti ağır olaraq qalır, onların müalicəsi davam edir”.

REACT-19 layihəsi çərçivəsində xaricdən gətirilən həkim Şahin Əzizov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, Heydər Əliyev Fondu və TƏBİB-in təşkilatçılığı ilə bu prosesə cəlb olunublar: “Əlimizdən gələn hər şeyi etməyə hazırıq, öz biliklərimizi yerli həkimlərlə paylaşırıq”.

Həkim Rəşad Quliyev əlavə edib ki, artıq xəstə qəbul etməyə yer qalmayıb: “Xəstələrin sayı durmadan artır, gücləndirilmiş rejimdə xəstələri müalicə edirik. Artıq reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur”.


Xəstələrdən biri bildirib ki, bu xəstəlik çox qorxuludur: “Ailələrini, balalarını sevirlərsə, onları, özlərini qorusunlar, maska taxsınlar”.