Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayda ayaqyalın gəzməyin 8 faydası – Xeyrini bilsəniz, ayaqqabını atarsız

  • 2019.06.25 15:50
  • 19882 Baxış
Yayda ayaqyalın gəzməyin 8 faydası –  Xeyrini bilsəniz, ayaqqabını atarsız
Ayaqyalın torpaqda gəzmək orqanizmin və immunitetin möhkəmləndirilməsi, fizioloji aktiv nöqtələrin aktivləşdirilməsi, dabanda olan çoxsaylı faydalı nöqtələrin masajı, rahatlanması üçün çox effektiv metoddur.


Medicina.az xəbər verir ki, insan ayaqqabıya keçdikdən sonra sağlamlığı ilə faydalı çox məqamları əldən verdi. 

Hətta evdə belə başmaqla gəzməyə alışan insan corabdan da imtina etmir.


Ayaqyalın gəzməyin, dərinin torpaqla, yerlə təmasının sizə nə qədər faydalı olduğunu bilsəniz, fütsət düşən kimi ayaqqabısız gəzərsiz:


1.Damarlar, oynaqlar aktivləşir, təmizlənir

2.Beyinə qan dövranı yaxşılaşır

3.Daxili orqanların işi yaxşılaşır


4.Yuxu normallaşır, psixoemosional vəziyyət yaxşılaşır, sinirlər sakitləşir

5.Tromb əmələ gəlməsinin qarşısını alır, ayaqlarda durğunluq aradan qalxır

6.Toxumaların tonusu yüksəlir, hüceyrələr canlanır


7.Daşlı, çınqıllı, nahamar torpaqda gəzmək düzpəncə və əyri ayaqlarda faydalıdır.

8.Suda ayaqyalın gəzmək sidik kisəsi, böyrəklərin qan dövranını yaxşılaşdırır, immuniteti möhkəmləndirir


Yayda torpaqda, qumda, dəniz sahili daşlıq və çınqıllıqda, çayda, suda, səhər –səhər şehli torpaqda ayaqyalın gəzmək lazımdır.


Minimum 15-20 dəqiqə hər gün davamlı gəzsəniz, il ərzində virus və infeksiyalara qarşı dözümlü olduğunuzu görəcəksiniz.


Eləcə də uşaqları ayaqyalın gəzməyə alışdırın.

 


Yayda ayaqyalın gəzməyin 8 faydası –  Xeyrini bilsəniz, ayaqqabını atarsız
Yayda ayaqyalın gəzməyin 8 faydası –  Xeyrini bilsəniz, ayaqqabını atarsız