Özgüvən, özünə dəyər
kimi hislərlə əlaqəli olan eqo, həm də genetika və stress kimi bir çox faktordan
təsirlənir.
Medicina.az xəbər verir
ki, eqonun nə olduğu barədə bir çox fəlsəfi
və psixoloji təriflər var. Ümumiyyətlə, eqo öz şəxsiyyətinin qavranılması
və ya insanın özünü necə görməsi kimi şərh olunur. Bəs sağlıqlı bir ego quruluşu qeyri-sağlam
bir eqoya necə keçə bilər?
Eqo beyində yer almır
Əslində, eqonun neyron
təsviri hələ edilməyib. Harvard Universitetinin professoru Jerome Kaqanın sözlərinə
görə, eqo beyində yer almır. Beyində
mövcud olan şey, özünə inamı modulyasiya edən, özünə şübhə və narahatlıq hissi
ilə müdaxiləni idarə edə bilən bir beyin dövrəsidir.
Kaqana görə, "Mən özümü mükəmməl
hiss edirəm. Dünyanı fəth edə bilərəm"- kimi hiissləri yarada
bilən beyin dövranını hələ də tanımış
deyilik. Yəni, bunların adını çəkmək mümkün olsa belə, kimya və
ya anatomiyasını heç kim bilmir.
Tədqiqatçılar, mənliyin və ya eqonun beynində necə əks olunduğunu anlamaq üçün
getdikcə müasir neyroşəbəkə texnologiyalarından istifadə edirlər. Beyinin
görüntüləmə işləri ilə şəxsin neyrobiologiyasını araşdırırlar.
Şəxsiyyət pozğunluğu eqoya necə təsir edir?
Şəxsiyyət pozğunluğu aşırı şişirdilmiş mənlik, xarakter xəstəliyidir.
Bu zaman şəxsin ağlı özü ilə o qədər maraqlanır ki, hadisələrə başqasının
gözündən baxma hissini itirmiş olur. Bununlabelə şəxsiyyət pozğunluğu olan insanlarda xüsusilə güclü şəxsiyyət hissi yoxdur. Belə
şəxslər bəzən başqa bir insanın şəxsiyyətini sanki paltar geyinmiş kimi geyinərək,
başqaları ilə yaxınlaşır.