“İnsult keçirən insanın tibbi reabilitasiya keçmədən tam sağalma şansı sıfıra bərabərdir”.
Medicina.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Pərvin Əkbərov deyib. Onun sözlərinə görə, bu zaman insultun qoyduğu izlər həmin şəxsin həyatında daimi qalacaq:
“İnsultdan 48 saat sonra reabilitasiya başlamalıdır. İnsult keçirən şəxs nə qədər tez reabilitasiya olunarsa insan öz normal həyatına o qədər tez qayıdır”.
Pərviz Əkbərov deyib ki, postcovid dövründə xroniki xəstəliklərin daha da intensivləşdiyi müşahidə edilir:
“Həmin şəxsin təkrar insult keçirtmək riski artır. Kardiopuliminar reabilitasiya artıq bütün dünyada geniş yayılıb. Bu bizim də diqqət mərkəzimizdədir. Bundan sonra əsas hədəflərimizdən biri ölkəmizdə əlilliyin azaldılmasıdır”.
O əlavə edib ki, nevroloji insultdan sonra reabilitasiyanın daha intensiv aparılması və baypas əməliyyatı olan insanların reabilitasiyaya cəlb olunması üçün kardioloji reabilitasiya paketləri hazırlanır.