Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arıqladır, ağrıları aradan qaldırırRazyananın faydaları -

  • 2019.04.08 09:40
  • 40242 Baxış
 Arıqladır, ağrıları aradan qaldırır Razyananın faydaları -

 

Razyana bitkisi bir ədviyyat kimi qədimlərdən istifadə edilir. Aşağı kalorili, doydurucu bir tərəvəz olan razyana həzm sisteminin də dostu kimi tanınır. Amma faydaları bununla bitmir:  

 

Medicina.az sizə razyananın faydaları təqdim edir:  


• Mədə qazı və gəyirmə problemlərini aradan qaldırır. 


• Spazmı aradan qaldırır. Əsasən də razyana toxumu kolik və bağırsaq sancılarını aradan qaldırır. 


• Qadın hormonu olan esterogen kimi davranan bir bitkidir. Ana südünü artırmaq və aybaşı pozuntusunu qaydaya salmaq üçün istifadə edilir. 


• Tərkibində razyana yağı olan siroplar bəlğəm gətirici xüsusiyyətə malikdir. Boğazı təmizləyir, rahat nəfəs almaq üçün kömək olur.  


• Razyananın tərkibində kalsiumun miqdarı çoxdur. Kalsium yüksək qan təzyiqini normaya salır. 


• Razyana çayı bədəndə su saxlamanı azaldır. Metobolizmi sürətləndirir, piylərin əriməsini təmin edir, iştahanı normaya salaraq arıqlamağa kömək olur. 

 

 

Razyana çayı: 


200 ml qaynar suya  1-2 çay qaşığı razyana toxumu atın və təxminən 5 dəqiqə boyunca dəmləyin. Yeməkdən əvvəl isti halda için.