Gəncə şəhəri üzrə də dörd məktəbdə koronavirusa görə siniflərdə dərslər onlayn şəkildə davam etdiriləcək.
Medicina.az xəbər verir ki, şəhərdə fəaliyyət göstərən dörd məktəbin hər birində bir sinif olmaqla koronovirusla bağlı dərslər distant formada keçiriləcək.
Zərdab şəhəri H.Zərdabi adına 1 saylı məktəb lisey, Şabranda iki məktəbdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma aşkar edilib.
Bu səbəbdən həmin məktəblərdə dərslər distant formada davam etdiriləcək.
Eyni zamanda, Zərdab rayonunun Məmmədqasımlı və Məlikli kəndində fəaliyyət göstərən bağçalar koronavirus səbəbindən bağlanıb.