Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rayonda doğum şöbəsi bağlı olduğu üçün, uşağı maşında dünyaya gəldi- Azərbaycanda kuryoz olay

  • 2020.05.05 16:55
  • 2777 Baxış
Rayonda  doğum şöbəsi bağlı olduğu üçün, uşağı maşında dünyaya gəldi - Azərbaycanda kuryoz olay

Ağdaşda hamilə qadın qəfil başlayan doğuş sancıları ilə rayon xəstəxanasının doğum şöbəsinə çatdırılsa da, xəstəxanada hamiləni qəbul edə bilməyəcəklərini deyiblər.

Medicina.az xəbər verir ki, rayon sakini Əliyev Muxtar bizimyolinfo-az-a şikyətində bildirib ki,Ağdaş xəstəxanasının doğum şöbəsi xəstə qəbul edə bilmədiyi üçün doğuşa gələn qadınlar ətraf rayonların (Ucar, Zərdab, Göyçay, Mingəçevir şəhəri) xəstəxanalarına göndərilir. Bu isə müəyyən problemlərə səbəb olur.

“Bir neçə gün əvvəl yaxın qohumum xəstəxanaya çatdırıla bilmədiyinə görə, uşağı avtomobildə dünyaya gətirib. Koronavirus pandemiyası ilə əlaqədar bu virusa tutulan şəxslərin müalicəsi üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanası regional karantin xəstəxanası elan edilib. Bu səbəbdən hazırda xəstəxana digər heç bir xəstə qəbul etmir. Doğuş, yaxud təcili cərrahiyyə zərurəti yaranan pasiyentlər isə ətraf rayonların xəstəxanalarına göndərilir: “Bu isə bir çox hallarda problemlərə səbəb olur. Xüsusilə doğuş və cərrahi əməliyyatlarla bağlı bəzən təcili müdaxilə zərurəti yaranan xəstələr olur ki, vaxtında müdaxilə edilməzsə, insanın ölümü ilə nəticələnməsi mümkündür. Hər birimizin ailəsi bu cür vəziyyətlə qarşılaşa bilər”.

Ağdaş sakini əlaqədar qurumları bu məsələ ilə bağlı müvafiq qərar verməyə çağırıb. “

Əlbəttə, virusun yayılmaması və epidemiya təhlükəsi altında olanların müalicəsi üçün xəstəxana izolyasiya edilib. Ancaq digər insanların həyat və sağlamlığı üçün təhlükə yaranmaması üçün müəyyən addımlar atmaq olar. Məsələn xəstəxana binasında ayrı giriş-çıxışları olan doğum şöbəsi və cərrahiyə şöbəsinin hazırkı vəziyyətdə fəaliyyətə başlamasını mümkün hesab etmək olar. Yəqin ki, aidiyyatı qurumlar bununla bağlı araşdırma aparsalar, problemin həlli istiqamətində müsbət addımlar atıla bilər”.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva şikayətə rəsmi açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar olaraq xəstəxana regional karantin xəstəxanası elan edilib, elə əhalinin öz sağlamlığı naminə o əraziyə digər xəstələrin aparılması düzgün olmazdı. Xəstəxananı bu məsələdə ittiham etmək olmaz. Sakinlər bir müddət qonşu rayonlara və ya digər xəstəxanalara müraciət etməlidirlər”.