Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Raxit zamanı qidalanma – Uşaqlara nə verməli?

  • 2019.05.15 21:42
  • 9782 Baxış
Raxit zamanı qidalanma –  Uşaqlara nə verməli?
Raxit uşaqlarda rast gəlinən, tez-tez aşkarlanan, vaxtında qarşısı alınmazsa irəlidə ciddi və geridönməz fəsadlara səbəb olan xəstəlikdir.

Medicina.az 1 yaşlı uşaqlarda raxitə qarşı qidalanma menyusunu təqdim edir.


Raxit  D vitamini və kalsiumun mənimsənilməsinin, sümüklərin minerallaşması prosesinin pozulmasıdır. 

Daha çox 3 aylıqdan 3 yaşa kimi uşaqlar risk altındadır. Çünki bu dövrdə sümüklərin formalaşması intensiv gedir. 


Südəmər körpə ana südü ilə kifayət qədər D vitamini almır. Ona görə istər ana südü, istər süni qida yeyən körpələr əlavə D vitamini almalıdır. 

Bunun üçün artıq 1 aylığından başlayaraq pediatrla məsləhətləşərək, uşağın rasionuna müxtəlif meyvə şirələri, 3 aylığından isə tərəvəz və meyvə püreləri daxil etməlidirlər.


1 yaşında raxitin profilaktikası üçün menyudan bütün növ un məmulatları çıxarılır. Çünki bu məhsullarda fosfor olduğundan, o raxiti inkişaf etdirə bilər.


Raxitə qarşı menyu:


Əgər raxit diaqnozu təsdiqlənibsə, uşağın qida rasionu bir qidadan ibarət olmamalıdır, maksimum əlavələr, müxtəliflik lazımdır.


-3-4 aylığından sıyıqlar, püre, şirələri, qaraciyər menyuya daxil edilməlidir. Bişmiş tərəvəzlərdən püre günorta 1-2 çay qaşığı verilə bilər.

-1 həftədən sonra pürenin miqdarıdı 3-5 qaşığa qaldırmaq olar.

-Tərəvəzlərdən balqabaq, kabak, badımcan, kök olmalıdır.


-3 həftədən sonra tərəvəz püresinə yumurta sarısının yarısını əlavə etməyə çalışın

-Sıyıqlar tərəvəz bulyonunda hazırlansın və gündə 1 dəfə verilsin

-II dərəcəli raxitdə uşağın qidasına   mal qaraciyəri, balıq yağı, kəsmik, xama, kərə yağı, bitki yağı əlavə olunmalıdır


-Eləcə də  masaj, idman, fizioterapiya, təmiz hava, çox gəzinti, günəş şüası mütləqdir. Raxitli uşaq günün yarısını açıq havada keçirsə daha yaxşı olar.